Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifədən azad edilib

Naxçıvan Hərbi Məhkəməsinin sədri vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 13-də keçiriləcək iclasında müzakirə ediləcək.

İclasda Qasım Vəli oğlu Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.

Bildirilib ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. Bu səbəbdən Q.Əliyevin vəzifəsi dəyişdirilərək Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …