Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Naxçıvan DİN və Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi birgə məlumat yaydı…

Naxçıvan DİN və Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi birgə məlumat yaydı…

Naxçıvan Daxili İşlər Nazirliyi və Naxçıvanın Bakıdakı daimi nünayəndəliyi birgə məlumat yayıb. Məlumatda deyilir:

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki,2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan,Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş,itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti  fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.Şəxsiyyət vəsiqələrinin verilməsi,ilkin mərhələdə,31 yanvar 2021-ci il tarixinədək davam edəcək.
Ünvan: Bakı şəhəri,Rəşid Behbudov küçəsi -130.

 Tel: (012) 590-64-43, 
                  590-64-31.          

Həmçinin oxuyun

Xankəndiyə kimlər qayıdır?

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, …