Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Naxçıvan DİN 95 illik yubileyini qeyd edir

Naxçıvan DİN 95 illik yubileyini qeyd edir

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçərək bu gün də öz xalqına və dövlətinə xidmət etməkdədir. Naxçıvan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında, eləcə də erməni quldurlarının ölkəmizə hərbi təcavüzü zamanı polis andına sədaqət nümayiş etdirmiş, öz canını və qanını əsirgəməmiş, bu yolda şəhidlər vermişdir. Məhz bu gün Naxçıvan polisi öz peşə tarixinin 95 illik yubileyini böyük nailiyyət və uğurlarla qarşılayır. Ən əsası isə bu yubiley muxtar respublika rəhbərinin ali diqqət və qayğısı, muxtar respublika əhalisinin polisə bəslədiyi yüksək etimadla qeyd olunur.

1920-ci ilin aprelində Azərbaycanda Xalq Cümhuriyyətinin süquta uğraması və Sovet hökumətinin qurulması ilə əlaqədar SSRİ Xalq Daxili İşlər Komissarlığının tabeçiliyində Azərbaycan Xalq Daxili İşlər Komissarlığının yaradılması və 18 yanvar 1924-cü ildə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin birinci plenumunun qərarı ilə Naxçıvan Daxili İşlər Şöbəsinin Naxçıvan Daxili İşlər Komissarlığına çevrilməsi polis orqanlarının formalaşması ilə nəticələnmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən Naxçıvan polisi sosialist quruluşuna uyğun dövlət qurumu olsa da, həmin dövrdə Naxçıvanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. Azərbaycan polisinin, o cümlədən Naxçıvan polisinin əsl inkişafı, milliləşməsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra daxili işlər orqanlarına dövlət qayğısı güclənmiş, əməkdaşların vətənpərvərlik, milli – mənəvi dəyərlər əsasında təlimtərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə, milli kadrların yetişməsinə xüsusi önəm verilmişdir. Sovetlər Birliyinin süqutundan sonra da polis orqanlarına ən böyük kömək və qayğı 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləmiş ulu öndər Heydər Əliyev tərəfindən göstərilmişdir. Belə ki, onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Müdafiə Komitəsi yaradılmış və polis Müdafiə Komitəsi ilə birgə torpaqlarımızın qorunmasında fəal iştirak etmişdir. Həyata keçirilən davamlı islahatlar, cinayətkarlığa qarşı mübarizə üzrə normativ-hüquqi aktların, o cümlədən “Polis haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi polisin fəaliyyətini nizama salmış, insan hüquq və azadlıqlarının təmin edilməsi və polisin fəaliyyətinin tənzimlənməsi baxımından son dərəcə böyük əhəmiyyətə malik olmuşdur. Ulu öndər Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquqmühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. Naxçıvan polisinin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsidir ki, erməni hərbi birləşmələrinə qarşı ilk olaraq mübarizə aparan və uzun müddət rəşadətlə vuruşan yeganə qüvvə polis olmuşdur. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik, şücaət və əsl qəhrəmanlıq göstərən 16 polis əməkdaşı şəhid olmuş, 76 polis işçisi yaralanmışdır. Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkədə yaranmış mürəkkəb vəziyyət muxtar respublikadan da yan keçmə – mişdir. Müstəqilliyin əldə edildiyi ilk illərdə hakimiyyət uğrunda gedən daxili çəkişmələr, torpaqlarımıza Ermənistanın hərbi təcavüzü, dövlət strukturlarına təyin edilmiş təsadüfi və səriştəsiz rəhbərlərin yarıtmaz işi muxtar respublikamızda da ictimai sabitliyin tez-tez pozulmasına, kriminogen durumun əməliyyat nəzarətindən çıxmasına səbəb olmuşdur. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan bir çox təhlükələrdən qorunmuş və bu günün inkişaf xəttinə gəlib çatmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ulu öndərin yolunu muxtar respublikada uğurla davam etdirməsinin nəticəsidir ki, muxtar respublikamızda sabitlik təmin olunmuşdur. Artıq neçə illərdir ki, muxtar respublikada cinayətkarlığın dinamikası yalnız ikirəqəmli ədədlə ifadə olunur. Həmçinin muxtar respublikada son iki ilə yaxın müddətdə əməliyyat şəraitinin yenidən qurulması və mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində verilən tapşırıqların, eləcə də şəxsi heyətin gərgin əməyinin nəticəsində qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması 100 faiz təmin edilmişdir. 25- 30 il bundan əvvəllə müqayisədə muxtar respublikada cinayətlərin sayı 95 faiz azalmışdır. Müasir dövrdə ən geniş yayılmış mühafizə sistemlərindən olan videomüşahidə kameralarından geniş istifadə edilməsi işin effektivliyini daha da artırmışdır. Bu kameraların həm profilaktik nöqteyi-nəzərdən, həm də cinayətlərin açılması baxımından böyük faydası vardır. Ali Məclis Sədrinin qayğısı ilə daxili işlər orqanlarının keçdiyi böyük inkişaf yolunun daha bir əyani təsdiqi bu istiqamətdə çoxsaylı infrastruktur layihələrinin icra olunmasıdır. 2000-2018-ci illər ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının müasir səviyyəyə çatdırılması üzrə əməli-təşkilati tədbirlər işlənib həyata keçirilmiş, xidməti avtomobillər yeni model xarici markalı avtomobillərlə əvəzlənmişdir. Şəхsi hеyətin sоsiаl müdаfiəsinin dаhа dа yахşılаşdırılmаsı istiqаmətində tədbirlər ardıcıl olaraq həyata keçirilmiş və bu gün də davam etdirilməkdədir. Bu bахımdаn Dаxili Qoşunlаrın Nаxçıvаn Əlahiddə Əməliyyat Briqadasında xidmət еdən zаbit-gizirlərin аilələrinin mənzil -məişət şəraitinin yаxşılаşdırılmаsı istiqаmətində tədbirlər görülmüş, hər biri 5 mərtəbəli 60 və 45 mənzildən ibаrət 2 yаşayış binası tikilib istifadəyə verilmiş, mövcud 2 mərtəbəli 8 mənzildən ibаrət yа- şayış binаsına 1 mərtəbə də əlаvə olunmаqlа əsаslı təmir olunаrаq istifаdəyə vеrilmiş, hərbi qulluqçuların istifadəsində olan yaşayış binaları əsaslı təmir edilmişdir. Həmçinin xidməti fəaliyyətin aparılması üçün əməkdaşların iş şəraiti də müasir tələblərə uyğunlaşdırılmış, ərazi polis orqanları üçün yeni inzibati binalar tikilmiş, təmirə ehtiyacı olan binalar əsaslı təmir edilmişdir. Son illər polis sahə inspektorları üçün müasir tələblərə cavab verən 143 polis sahə məntəqəsi, Daxili İşlər Nazirliyi üçün yeni korpus tikilmiş, köhnə korpus isə əsaslı təmir edilmişdir. Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi muxtar respublika rəhbərinin bu sahəyə qayğısının daha bir ifadəsidir. Belə ki, uğurlu kadr siyasətinin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kadr potensialının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc əməkdaşların hazırlanması nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Hazırda Orta İxtisas Polis Məktəbi üçün yeni kompleks inşa olunur. Vətəndaşlarımızın etimadını qazanmaq üçün yeni iş üsulu və metodlar tətbiq edilir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələr möhkəmləndirilir. Şəxsi heyətin peşə hazırlığının, mənəvi dəyərlərə ciddi riayət ruhunda tərbiyə olunması işinin daha da yaxşılaşdırılması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu kimi tədbirlər cinayətkarlığın dinamikasına müsbət təsir göstərərək muxtar respublikanı dünyanın ən təhlükəsiz regionlarından birinə çevirmişdir. Xidməti avtomobillərin texniki baxışdan keçirilməsi işini asanlaşdırmaq məqsədilə Şərur, Culfa və Ordubad rayonları ərazisində Dövlət Yol Polisi İdarəsinin yeni texniki müayinə mərkəzləri tikilərək istifadəyə verilmişdir. Bu müayinə mərkəzlərində il ərzində, təxminən, 50 min avtomobilin texniki baxışdan keçirilməsi mümkündür. Yeni infоrmаsiyа teхnоlоgiyаlarının tətbiqi sаhəsində də bir sırа əsaslı tədbirlər həyata keçirilmişdir. Naxçıvan şəhərinin inzibati ərazisini əhatə edən “Təhlükəsiz şəhər” sistemi çərçivəsində şəhərin bir çox koordinatlarında təhlükəsizlik kameraları, Dövlət Yоl Pоlisi İdаrəsində və Pаspоrt Qeydiyyаt və Miqrаsiyа şöbəsində cərimə və rüsumlаrın yerində ödənilməsi üçün POS-terminаllаr, yоl-pаtrul хidməti аvtоmаşınlаrındа məlumаt bаzаsınа qоşulmаq imkаnı verən bоrtkоmpüterlər və sürət həddinə nəzаrət edilməsini təmin edə bilən rаdаrlаr, o cümlədən muxtar respublikanın magistral yollarında da sürət həddinə nəzarət edilməsi məqsədilə stasionar radar vasitələri quraşdırılmışdır. Naxçıvan haqqında danışılanda fəxr edə biləcəyimiz çox uğurlar vardır. Bu uğurların qazanılmasında, əldə olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilən istiqamət və tapşırıqların böyük rolu olmuşdur. Muxtar respublikada cinayətkarlığa qarşı mübarizə sahəsində insan amilinə üstünlük verilməsi, profilaktik və hüquqi maarifləndirmə tədbirlərinin daha effektli və əsaslı həyata keçirilməsi polis orqanlarının qarşısında duran əsas vəzifələrdir. Naxçıvan Muxtar Rеspublikası Daxili İşlər orqanlarının əməkdaşları onlara göstərilən еtimadı bundan sоnra da dоğrultmaq üçün bütün qüvvə və vasitələri səfərbər еtməklə dövlətçiliyimizin keşiyində mətanətlə dayanacaq, cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atacaq, muxtar respublikada asayişi və ictimai təhlükəsizliyi təmin edəcək, xidməti andına sadiq qalaraq polis adını şərəflə qoruyacaqdır. 

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …