Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı 10-a çatdırılıb

Naxçıvan Beynəlxalq Hava Limanında gündəlik reyslərin sayı 10-a çatdırılıb


Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi bayram günlərində gücləndirilmiş iş rejimində çalışır. Xidmətin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Trend-in məlumatına görə, bayram münasibətilə qrafikə uyğun olaraq reyslərin sayı artırılıb. Ötən gün gündəlik reyslərin sayı 4-dən 10-a çatdırılıb.

Ötən il ərzində yerli hava xətləri ilə 2146 reys, 308 min 249 sərnişin, 4 milyon 899 min 681 kiloqram baqaj, 912 min 629 kiloqram yük, 53 min 892 kiloqram poçt daşınıb. Beynəlxalq daşımalarda isə 140 reys həyata keçirilib. Naxçıvan–İstanbul istiqamətində 4 min 249 sərnişin, eləcə də 58 min 496 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində 4 min 128 sərnişin, 77 min 249 kiloqram baqaj daşınıb.

Qeyd edək ki, sərnişin sıxlığına baxmayaraq bayram günlərində bilet satışında heç bir problem yaranmayıb

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …