Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Nax­çı­va­nın təh­lü­kə­siz­lik mə­sə­lə­si BMT tri­bu­na­sın­da

Nax­çı­va­nın təh­lü­kə­siz­lik mə­sə­lə­si BMT tri­bu­na­sın­da

Tür­ki­yə pre­zi­den­ti­nin Ba­kı sə­fə­ri­nin ar­dın­ca Nyu-York­da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan BMT Baş As­samb­le­ya­sı­nın top­lan­tı­sı­na qa­tıl­ma­sı və bu fon­da Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin ses­si­ya çər­çi­və­sin­də eh­ti­mal edi­lən gö­rü­şü ilə bağ­lı da­nı­şan sa­biq döv­lət mü­şa­vi­ri Qa­bil Hü­seyn­li ma­raq­lı açıq­la­ma ve­rib: “BMT tri­bu­na­sın­da Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si­nə ye­ni­dən müx­tə­lif as­pekt­lər­dən və iki döv­lə­tin or­taq stra­te­ji­si ba­xı­mın­dan ya­na­şıl­ma­sı prob­le­min həl­li­nə mü­hüm töh­fə­lər ve­rə bi­lər”.

Po­li­to­loq hər iki mə­sə­lə ara­sın­da mü­əy­yən bağ­lı­lı­ğın ol­du­ğu­nu dü­şü­nür:

“İlk növ­bə­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si kon­teks­tin­də Nax­çı­va­nın təh­lü­kə­siz­li­yi mə­sə­lə­si mü­za­ki­rə edi­lə­cək. Tə­rəf­lər möv­qe­lə­ri­ni bir da­ha də­qiq­ləş­di­rə­cək­lər. Tür­ki­yə bu mə­sə­lə­də hər za­man Azər­bay­ca­nın tut­du­ğu möv­qe­yə uy­ğun si­ya­sət ye­ri­dir, “Qa­ra­bağ mə­sə­lə­sin­də Azər­bay­can nə de­yir­sə, o da ola­caq prin­si­pi”ni rəh­bər gö­tü­rür. Ses­si­ya çər­çi­və­sin­də Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü də göz­lə­nir. Hə­lə ki, da­nı­şıq­lar pro­se­si ölü nöq­tə­dən tər­pən­mir. Üs­tə­lik, Er­mə­nis­tan iş­ğal edil­miş əra­zi­lər­də məs­kun­laş­ma və to­po­nim­lə­rin də­yiş­di­ril­mə­si is­ti­qa­mə­tin­də an­ti-Azər­bay­can si­ya­sə­ti apa­rır. Er­mə­nis­tan öz ta­ri­xi­ni sax­ta­laş­dır­maq­la, az qa­la, bü­tün Qaf­qa­za qar­şı id­dia­lar irə­li sü­rür. Bu fon­da da­nı­şıq­lar pro­se­si ilə bağ­lı fi­kir mü­ba­di­lə­si is­tis­na edil­mir. Əmi­nəm ki, hər iki öl­kə is­tər xa­ri­ci iş­lər na­zir­lə­ri sə­viy­yə­sin­də, is­tər­sə də pre­zi­dent­lər sə­viy­yə­sin­də ses­si­ya­ya qa­tıl­sa, müt­ləq Dağ­lıq Qa­ra­bağ baş möv­zu ola­caq. 202 döv­lə­tin qar­şı­sın­da bu mə­sə­lə­nin bir da­ha qal­dı­rıl­ma­sı və Er­mə­nis­tan tə­ca­vüz­kar­lı­ğı­nın ana­to­mi­ya­sı­nın ye­ni fakt­lar­la faş edil­mə­si, zən­nim­cə, Azər­bay­ca­nın haqq işi­nin bey­nəl­xalq ic­ti­mai rəy­də möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan mü­hüm rol oy­na­ya bi­lər”.

Qeyd edək ki, Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan sen­tyab­rın 10-11-i Azər­bay­ca­na sə­fər edə­cək, da­ha son­ra isə sen­tyab­rın 19-25-də Nyu-York­da ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lan BMT Baş As­samb­le­ya­sı­nın top­lan­tı­sı­na qa­tı­la­caq.

Sa­biq döv­lət mü­şa­vi­ri­nin BMT çər­çi­və­sin­də ke­çi­ri­lən gö­rüş­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si kon­teks­tin­də Nax­çı­va­nın təh­lü­kə­siz­li­yi ilə bağ­lı mə­sə­lə­nin mü­za­ki­rə edi­lə­cə­yi ba­rə­də fi­kir­lə­ri nə də­rə­cə­də inan­dı­rı­cı gö­rü­nə bi­lər?

Qa­ra­bağ Azad­lıq Təş­ki­la­tı­nın səd­ri Akif Na­ğı “Bakı-Xəbər”ə açıq­la­ma­sın­da bil­dir­di ki, tə­rəf­lə­rin gö­rü­şü­nü təş­kil et­mək də müş­kü­lə çev­ri­lib:

“Bi­lir­si­niz ki, Azər­bay­can mə­na­sız da­nı­şıq­lar­da iş­ti­rak et­mək is­tə­mir. Kon­kret tək­lif­lər üz­rə da­nı­şıq­la­rın apa­rıl­ma­sı­nı is­tə­yir. Bu sə­bəb­dən də BMT top­lan­tı­sı za­ma­nı be­lə bir gö­rü­şün təş­ki­li­ni va­si­tə­çi­lər da­ha məq­bul sa­yır. An­caq hə­lə bu da də­qiq de­yil. Gö­rüş olar­sa, Nax­çı­van­la bağ­lı mü­za­ki­rə­lə­rin apa­rıl­ma­sı tə­bii­dir. Çün­ki son za­man­lar bu möv­zu çox ak­tu­al­la­şıb. Er­mə­ni­lər bə­yan edir­lər ki, Azər­bay­can hə­min re­gio­na çox­lu si­lah-sur­sat top­la­yır. On­lar eh­ti­mal edir­lər ki, hər­bi əmə­liy­yat­lar baş­la­ya­ca­ğı təq­dir­də Azər­bay­can Er­mə­nis­ta­na məhz hə­min cəb­hə­dən həm­lə­lər edə bi­lər. Çün­ki Er­mə­nis­tan pay­tax­tı ora ya­xın­dır. Bir müd­dət əv­vəl isə on­la­rın mət­bua­tın­da Azər­bay­ca­nın Nax­çı­van­la öl­kə­nin di­gər böl­gə­lə­ri ara­sın­da qu­ru yo­lu bər­pa et­mək, yə­ni blo­ka­da­nı yar­maq niy­yə­ti­nin ol­ma­sı döv­riy­yə­yə bu­ra­xıl­dı. Bü­tün bu in­for­ma­si­ya­lar Nax­çı­va­na hü­cum et­mək üçün er­mə­ni­lə­rin or­ta­ya at­dı­ğı qa­baq­la­yı­cı bə­ha­nə­lər ola bi­lər. Bi­lir­si­niz ki, Nax­çı­va­nın təh­lü­kə­siz­li­yi həm də bey­nəl­xalq tə­mi­nat al­tın­da­dır. 1921-ci il­də im­za­lan­mış Mosk­va və Qars mü­qa­vi­lə­lə­ri də bu­nu şərt­lən­di­rir. Bu­nun na­ra­hat­lı­ğı­nı çə­kən er­mə­ni­lər də­fə­lər­lə hə­min mü­qa­vi­lə­lə­rin tə­zə­lən­mə­si­ni tə­ləb edib­lər. Er­mə­ni­lər son vaxt­lar Tür­ki­yə­nin də Nax­çı­van­la bağ­lı cid­di ad­dım­lar at­dı­ğı­nın fər­qin­də­dir­lər. Bü­tün bu sa­da­la­nan­la­rı əsas gə­tir­sək, on­da Nax­çı­va­nın təh­lü­kə­siz­li­yi­nin tə­mi­na­tı ilə bağ­lı mü­za­ki­rə­lə­rin apa­rı­la­ca­ğı­nı inan­dı­rı­cı say­maq olar”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın