Cümə , İyul 19 2019
Ana səhifə / Natavanın vəkili Aygünlə bağlı sənədlər yaydı – “Bu, hələ son deyil”

Natavanın vəkili Aygünlə bağlı sənədlər yaydı – “Bu, hələ son deyil”

Müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov Xalq artisti Aygün Kazımova ilə bağlı daha bir məlumat yayıb.

Azinforum.az xəbər verir ki, vəkil A.Kazımovanın 1 oktyabr 2015-ci il tarixdə keçirilən məhkəmədə ölkədən çıxışına qadağa qoyulması ilə bağlı xəbərləri təkzib etməyinə cavab olaraq məhkəmə qətnamələrinin fotolarını yayıb. Bundan əlavə, F.Həsənov qeyd edib ki, bu, son deyil: “Qətnamə yenə də icra edilməsə, Aygün Kazımovanı başqa məcburi tədbilər gözləyir”.

Qeyd edək ki, N. Həbibi A. Kazımovanı onun şərəf və ləyaqətini təhqir etməsi, işgüzar nüfuzuna xələl gətirməsi iddiası ilə məhkəməyə verib. Məhkəmənin qərarına görə, Xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.

Məsələ ilə bağlı Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 1 oktyabr 2015-ci il tarixli, iş 08 (006) -1148/2015 saylı qərarı ilə xalq artistinin ölkədən çıxışına məhdudiyyət qoyulub. A.Kazımova isə məsələ ilə bağlı Show.az saytına açıqlama verib və bildirib ki, bu, yalan və həqiqəti özündə əks etdirməyən xəbərdir: “Natavan mənim ölkədən çıxmağıma qadağa qoyulmasını ancaq yuxusunda görə bilər. Hər zamankı kimi, yalan və yalnış məlumatlar yaymaqla məşğuldurlar”.

Məhkəmənin qərarı ilə bağlı vəkilin yaydığı sənədin fotolarını təqdim edirik:

Həmçinin oxuyun

Büdcə kəsiri kritik həddən 2 dəfədən çox azdır – Təhlil

2019-cu ilin birinci yarısında  dövlət büdcəsinin icrası ilə bağlı məlumatlar açıqlanıb.  İlin ilk 6 ayında …

Bir cavab yazın