Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Natavan toyunda 3 gəlinlik dəyişdi… – Fotolar + Video

Natavan toyunda 3 gəlinlik dəyişdi… – Fotolar + Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Natavan Həbibinin toyu baş tutub. “Qafqazinfo” xəbər verir ki, sənətçi repçi Səid Əliyevlə (Dado) münasibətlərini rəsmiləşdirib.

Bakının ən bahalı restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri də axın edib.
17.07.17 tarixində baş tutan toyda aparıcılar Nəsib Nur, Samir Bayramlı və Murad Arif olub. Dəbdəbəli məclis üç hissədən- nikahın bağlanması, xına mərasimi, tamamilə əyləncədən ibarət idi.

Xınayaxdını sənətçinin həmkarı Xuraman Şuşalı edib, ona rəqqasə Fatimə Fətəliyeva və Xatirə İslam köməklik göstərib. Elə toy kimi, Natavanın geyimləri də müzakirələrə səbəb olub. Belə ki, özəl günündə üç geyimdən istifadə edib.

Məclis mediaya qapalı olsa da, toydan çəkilən fotolar ifaçının həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Natavan və Səid cütlüyünün ikinci toyu (oğlan toyu) iyulun 19-dadır.


Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …

Bir cavab yazın