Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Natəvan Həbibi Hüseyn Dəryaya olan borcunu arvadına qaytardı – FOTOLAR

Natəvan Həbibi Hüseyn Dəryaya olan borcunu arvadına qaytardı – FOTOLAR

Reper Dado, müğənni Natəvan Həbibi bir araya gələrək mərhum reper Hüseyn Dəryaya həsr olunmuş klipin təqdimatını ediblər.

Publika.az xəbər verir ki, “Yat, dostum” adlı mahnıya çəkilən klipin təqdimat mərasimində mərhum reper xatırlanıb.

 

Qeyd edək ki, mahnının sözləri Nadir Nəğdpula, musiqisi Dadoya məxsusdur. Klip rejissor Kənan MM-in yozumunda ərsəyə gəlib.

 

Kənan Türkiyədə səfərdə olduğu üçün təqdimatda iştirak etməyib.

 

Natəvan kliplə bağlı təəssüratlarını bölüşüb: ”Biz sağlığında Hüseyn Dərya ilə layihə reallaşdırmalı idik, amma alınmadı. Fikirləşdim ki, onun ruhu qarşısında vicdan borcumu yerinə yetirməliyəm. Artıq bu klip hazır oldu və öz borcumdan çıxdım”.

 

Klip mərhum reperin həyat yoldaşı Sonanın təklifi ilə çəkilib. Klipdə Dəryanın oğlu Cahangir də rol alıb.

 

Təqdimat mərasimində iştirak edən mərhum reperin dostu Sayqa onu da bildirdi ki, Hüseyn Dəryanın albomunu çıxarmaq arzusundadır. Amma bunun üçün lazım olan maliyyəni tapa bilmir: “Dəryanın replərini albom şəklində buraxmaq niyyətindəyəm. Bunun üçün 5-6 min manat pul lazımdır. Amma heç bir sponsor bu pulu vermək istəmir”.

 

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın