Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Nar”ın son yenilikləri “Bakutel 2019” sərgisində

“Nar”ın son yenilikləri “Bakutel 2019” sərgisində

“Nar” ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş olunduğu 25-ci “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. 
Şirkətdən Azinforum.az-a verilən məlumata görə, dekabrın 3-6-da keçiriləcək sərgidə yenilənmiş “Nar” stendinə yaxınlaşan ziyarətçilər həm mobil operatorun məhsulları ilə tanış ola biləcək, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər.
Qeyd edək ki, dörd gün davam edəcək sərgidə “Nar” hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verən “Nar+” tətbiqini, “WhatsApp”da pulsuz yazışma, sərfəli zəng və internet təklifi ilə səyahətsevərlərin istirahətini daha zövqedici edən rominq paketlərini, həm internetdən, həm də sosial şəbəkələrdən çox istifadə edənlər üçün ikiqat internetdən yararlanmaq imkanı verən “CavanNar” tarifini abunəçilərinə təqdim edəcək. Ziyarətçilər, eyni zamanda, virtual reallıq oyunu vasitəsilə “Nar” şəbəkəsini test və 4G sürətini hiss edə biləcəklər.
Bundan başqa, mobil operatorun stendində əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi 4 gün ərzində “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon qazana biləcəklər.
Mobil operator hər kəsi dekabrın 3-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək 25-ci “Bakutel 2019” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …