Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Nar”ın adından istifadə edən fırıldaqçı oyun saytı aşkarlanıb

“Nar”ın adından istifadə edən fırıldaqçı oyun saytı aşkarlanıb

Azərbaycanın mobil rabitə operatoru “Nar” şirkəti adından istifadə edən və abunəçi nömrələrindən pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb.

Bunu “APA-Economics”ə şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov deyib.

Onun sözlərinə görə, şirkətin mütəxəssisləri müəyyənləşdiriblər ki, fırıldaqçılar “Nar”ın adından istifadə edərək dəyərli hədiyyələrin oynanılması ilə bağlı reklamlar yayırlar və bunun müqabilində abunəçilərdən kiçik bir məbləği müəyyən hesaba köçürülməsini tələb edirlər.

“Hazırda biz bu xoşagəlməz halın qarşısını almaq üçün əlimizdən gələni edirik. Lakin bundan öncə biz abunəçilərimizə xəbərdarlıq edirik ki, heç bir halda onlar öz kredit kartlarının məlumatlarını paylaşmasınlar. Biz abunəçilərimizə yalnız “Nar”ın rəsmi veb-saytında və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmalarını tövsiyə edirik. Abunəçilərdən xahiş olunur ki, diqqətli olsunlar və fırıldaqçıların qurbanına çevrilməsinlər”, – deyə Ə. Axundov qeyd edib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …