Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Nardaranda yeni həbslər: Vilayət Eyvazov hadisə yerində

Nardaranda yeni həbslər: Vilayət Eyvazov hadisə yerində

“Vilayət Eyvazov bir qrup sakinlə söhbətində deyib ki, kənddə silahlar var. Onlar təhvil verilməlidir”.
Bunu musavat.com-un Nardaranda olan reportyoruna Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib.
Onun sözlərinə görə, əməliyyat zamanı saxlanılanlar əvvəlcədən tərtib olunmuş siyahıda adı olanlar olub.
N.Kərimov deyib ki, hazırda kənddə xeyli sayda saxlanılan var.
Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın