Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi

“Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi

“Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir. Təklif edilən “Günü 10 qəpik” paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 meqabayt internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.

“Günlük 40 qəpik” paketi isə 40 qəpik ödəməklə 200 meqabayt internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və meqabaytlar əldə etmək üçün isə “Günlük 59 qəpik” paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 meqabayt internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES kodunu yığmaq kifayətdir.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə “nar.az” internet səhifəsindən öyrənmək olar.

“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …