Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / NAR MOBİLE – DAN DATA KART FIRILDAĞI – LİMİTLİ VƏ LİMİTSİZ  ZİDDİYYƏTİ

NAR MOBİLE – DAN DATA KART FIRILDAĞI – LİMİTLİ VƏ LİMİTSİZ  ZİDDİYYƏTİ

Mobil operatorların əhalinin cibinə girməsilə bağlı çoxsaylı məlumatlara rast gəlmişik. Artıq vəziyyət o həddə çatıb ki, insanları daha yaxşı aldada bilmək üçün, operatorlar yeni-yeni üsullara əl atır. Azinforum.az növbəti bir fırıldağın üstünü açıb.

Nar Mobile operatorunun data kartından limitsiz istifadə etmək istəyən əməkdaşımız şahidi olduğu “sürprizi” belə izah etdi:

“Mən, adətən 20 manat ödəyib limitsiz “Nar 3G+” data kart xidmətindən istifadə edirəm. Bir neçə gün əvvəl,  gördüm ki, xidmət aktiv deyil. Operatora zəng etdim. Dedilər ki, ödənişinizin vaxtıdır, ona görə. Data kartda istifadə etdiyim nömrəmə 20 manat ödədim. Cəmi üç gün istifadə etdikdən sonra rabitə yenə kəsildi. Nar Mobile zəng vurdum. Mənə bildirdilər ki, siz limitsiz xidmətdən istifadə etmək üçün müəyyən kodu daxil etməlisiniz. Qeyd edim ki, ödənilən məbləğlə bağlı heç bir irad bildirilmədi. Deməli, mən  yeni çıxan qaydaya görə, kodu daxil etmədiyim səbəbindən  limitli xidmətə qoşulmuş olmuşam (İstəyim olmadan- muəllif) . Nəticədə, mənim 20 manatım bir neçə gün ərzində operator tərəfindən həzm olundu.

Maraqlıdır, bu yeniliklə bağlı mən, bir müştəri kimi niyə məlumatlandırılmamışam? Hesab edirəm ki, bu, açıq-aydın müştərilərin aldadılması və cibinə girilməsi anlamına gəlir”.

Azinforum.az  Nar Mobile-la əlaqə saxlayıb. Şirkətdən bizə bildiriblər ki, balansı limitsiz etmək üçün 20 manatın ödənilməsilə yanaşı, eyni zamanda, kod yığılmalıdır. Maraqlıdır, niyə həmin kodu operatorun özü daxil etmir? Ortaya məntiqi sual çıxır- Hansı ağıllı 20 manatı verib limitsiz əvəzinə limitlə danışmaq istəyər? Təbii ki, bunu operatordan başqa heç kim istəməz…

Nar Mobile-dan məsələyə aydınlıq gətirməsini tələb edirik…

Araz HƏSƏNSOY,

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …

Bir cavab yazın