Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Nar” korporativ müştərilərlə görüş keçirib

“Nar” korporativ müştərilərlə görüş keçirib

İyun ayının 22-də “Nar” operatoru özünün korporativ müştəriləri ilə görüş keçirib. 249 şirkət nümayəndəsinin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsindən ibarət idi. Qeyd edək ki, görüşdə “Nar” ilə əməkdaşlıq edən şirkətlərlə yanaşı, mobil operatorun abunəçisi olmaları üçün hazırda danışıqlar aparılan şirkətlərin nümayəndələri də iştirak edirdilər. Bakı şəhərindəki “28 Mall” alış-veriş mərkəzində yerləşən “Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar “Nar” zalında təqdim edilən “Ouşenin 8 rəfiqəsi” filminin nümayişinə dəvət edildilər.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Xatırladaq ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq 25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edirlər.

Korporativ tərəfdaşlıq üçün 789 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …