Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Nar” yeni “Turbo düymə” təklifini təqdim etdi

“Nar” yeni “Turbo düymə” təklifini təqdim etdi

“Nar” yeni “Turbo düymə” təklifini təqdim etdi. “Turbo düymə” ilə cari “Turbo” internet paketinin bitmə tarixini gözləmədən internetin tam sürətini bərpa etmək mümkündür.
 Qeyd edək ki, “Turbo düymə” yalnız “Turbo” internet paketlərində mövcuddur. Başqa sözlə, “Turbo 50 düyməsi” yalnız “Turbo XS/S/M/L” paketlərində, “Turbo 500 düyməsi” isə yalnız “Turbo L+/XL/XXL/XXXL” paketlərindədir. “Turbo düymə”nin internet trafikindan cari “Turbo” internet paketinin istifadə müddətinin sonunadək yararlanmaq olar.
“Turbo 50 düyməsi”nə qoşulmaq üçün “Turbo 50”, “Turbo 500 düyməsi”nə qoşulmaq üçün isə “Turbo 500” açar sözünü yazaraq 777-yə göndərmək lazımdır. Qoşulmaq üçün müvafiq olaraq *777#050#YESvə *777#0500#YES şifrələrini yığmaq da kifayətdir. 50 MB internet trafikinin təqdim edildiyi “Turbo 50 düyməsi”nin qiyməti 0,5 AZN, 500 MB trafikin verildiyi “Turbo 500 düyməsi”nin qiyməti isə 1 AZN təşkil edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …