Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran və
sahibkarların tələblərini hər zaman nəzərə alan “Nar”, korporativ
müştəriləri üçün sərfəli qiymətlərlə yeni təkliflər təqdim etməkdə davam
edir. Mobil
operator yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet
xidmətləri, tarif paketləri ilə sahibkarlara sərfəli əməkdaşlıq təklif
edir. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri əlverişli
şərtlərlə yüksəksürətli internetə çıxış imkanı verən “Nar MiFi” və “Nar
Wi-Fi” cihazları, eləcə də data nömrələr əldə edə bilərlər. Qeyd edək
ki, “Nar MiFi” abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman
onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə
də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır.
İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı
verən “Nar Wi-Fi” internet paylayıcısı da abunəçilərə qısa müddətdə 4G
şəbəkəsi ilə əhatə olunmağa imkan verir. Bu avadanlıq sayəsində 30-dan
artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE /
4G) çıxış əldə edir.
Hər bir müştərinin ehtiyacını nəzərə alan “Nar”, biznes sahiblərinə ən
optimal tarif paketləri təklif edir. Korporativ müştərilər üçün internet
və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir.
Qeyd edək ki, “Nar” yeni təkliflərini bölüşmək və əlaqələrinin
gücləndirmək məqsədilə korporatov müştəriləri ilə növbəti görüşünü
təşkil edib. Görüşdə mobil operatorun əməkdaşlıq etdiyi 100-ə yaxın
şirkətdən 250-yə qədər korporativ müştəri iştirak edib. Yeni imkanlar
barədə məlumat verildikdən sonra iştirakçılar birlikdə film izləyiblər.
Filmdən sonra isə lotoreya keçirilib və qalib müştərilərə “Nar”
tərəfindən xüsusi hədiyyələr verilib.
Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected]
elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən
yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki
şəxslər yararlana bilərlər.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə
başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil
rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət
nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla
bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni
(işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq
baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …