Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Nar” Gəncədə 4G xidmətini təqdim edib

“Nar” Gəncədə 4G xidmətini təqdim edib

“Azerfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın digər bölgələrində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim edib.

Belə ki, bölgələrdə ilk olaraq Gəncə şəhərində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər. Qurumun açıqlamasında deyilir ki, Gəncə şəhərindəki “Nar” abunəçiləri də mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayəsində internet resurslarından daha səmərəli şəkildə istifadə etmək imkanı qazanıblar.

“Qeyd edək ki, abunəçilərin artmaqda olan internetdən istifadə tələblərinin qarşılanması üçün Azərbaycanın müxtəlif bölgələrində yeni 3G və LTE baza stansiyaları quraşdırmaqla şəbəkənin təkmilləşdirilməsi işləri davam etdirilir”, – deyə operator qeyd edib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 000-dən artıq baza stansiyası ilə 2 mln.-dan çox abunəçiyə xidmət göstərir.

Xatırladaq ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …