Ana səhifə / Aktual / “Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur

“Nar” fiziki məhdudiyyətli idmançılara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan gənc boksçuların və fiziki məhdudiyyətli idmançıların dünya miqyasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqda davam edir. 
Azinforum.az
 xəbər verir ki, mobil operatorun dəstək olduğu “Ümid” İdman Klubunun üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə Dünya Çempionatında qələbə qazanıb. 
Belə ki, “Ümid” İdman Klubunun üzvü olan Roman Soley üzgüçülüyün sərbəst, arxa üstə üzmə növlərində yarışaraq 3 medal qazanıb. Bununla da, Roman Soley “Tokio 2020” Yay Paralimpiya Oyunlarına birbaşa 4 lisenziya əldə edib.
Xatırladaq ki, “Nar” “Ümid” İdman Klubunun üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa və dünya yarışlarına hazırlaşmasına öz töhfəsini verir. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı “Nar” təmin edir.
Qeyd edək ki, 2008-ci ildə yaradılmış “Ümid” İdman Klubu atletika, üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçıları yetişib.
“Nar” peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə hər zaman dəstək olur

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …