Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / “Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

“Nar” abunəçiləri “WhatsApp”-dan pulsuz istifadə edir

Ölkənin ən gənc və innovativ mobil operatoru olan “Nar” abunəçilərini sevindirməyə davam edir.  Bütün “Limitsiz İnternet” paketlərinə qoşulan “Nar” abunəçiləri üçün “WhatsApp” pulsuzdur. Hətta meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və “WhatsApp” ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, “XL”, “2XL” və “3XL” paketlərində gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından istifadə edilmir.
Şirkətin mətbuat xidmətindən  daxil olan məlumata görə, “Nar” abunəçilərə müxtəlif həcmli “Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala bilərlər.  Bundan başqa, sifariş edilən “Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi yeni “Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.  

Həmçinin oxuyun

Ərdoğan işğala məruz qalanla işğalçını ayırd etməyin vacibliyini Ruhaninin diqqətinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. “Anadolu” …