Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / “Nar” 6 ayın naliyyətlərini açıqladı

“Nar” 6 ayın naliyyətlərini açıqladı

“Nar”-ın təşkil etdiyi tədbirdə əsas məqsəd 2019 cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətləri barədə mətbuat üçün müəyyən açıqlamalar vermək idi.

Azinforum.az xəbər verir ki, “Nar” -ın ötən illərlə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb. “Azerfon” un icraçı direktoru Qunnar Panke çıxışında bildirib ki, son 6 ay ərzində Nar mobile yüksək nəticələr əldə edib. Artıq 53 rayonda Nar mobile müştərilərə xidmət göstərir.

Qunnar Panke mətbuat nümayəndələrinin suallarını da cavablandırıb.

“Nar” rəsmisi 2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə, həmçinin “Cavan Nar” tarifini, eyni zamanda xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib. Narın kommersiya üzrə rəhbəri Qəhrəman Kazımov qeyd edib ki, nar mobile dan istifadə edən hər 3 müştərindən 1-i 4 G şəbəkəsindən istifadə edir.

“Mənə elə gəlir ki bu yüksək bir göstəricidir”.

O bildirib ki, satış şəbəkəsini əsasən rayonlarda həyata keçirəcəklər.

“Elə bölgələr var ki orda ümümiyyətlə Narın dükanları fəaliyyət göstərmir. Əsas məqsədimiz odur ki, həmin bölgələrdə də Narın dükanlarını açaq ki, müştərilər daha çox yararlansın”.

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …