Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır.
 Son bir il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması, “Nar”ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G smartfon penetrasiyasının artımı təsir edib. 
Qeyd edək ki, son bir il ərzində “Nar”ın smartfon istifadəçilərinin sayı 23 faiz artıb.
“Nar” yüksəkkeyfiyyətli 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. “Nar” 4G istifadəçilərinin 71 faizi paytaxt Bakının, 29 faizi isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G internetindən istifadə edənlərin sayı Bakıda 91 faiz, regionlarda isə 120 faiz artıb. Ümumilikdə, “Nar” abunəçilərinin 25 faizi yüksəksürətli 4G internetinin istifadəçisidir. Hazırda “Nar” istifadəçilərinin sayı 2,3 milyonu ötüb.
Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Həmçinin oxuyun

İki deputat yenidən direktor oldu – AMEA-da seçki

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.AEMA-dan Mia.az-a verilən məlumata …