Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Namizədlərin arzularını nəzərə alaraq…”

“Namizədlərin arzularını nəzərə alaraq…”

“Burada hər şey bəllidir. Ona görə sizə yeni nələrsə deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı həyata keçirilən bu proseslər kütləvi informasiya vasitələrinin rolu, vəzifəsi məsuliyyətini bir daha Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə çatdırmaqdan ibarətdir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Seçkilərdə KiV-in rolu” mövzusunda keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Seçki Məcəlləsində bununla bağlı dörd punkt göstərilib: “Hər bir seçki üç mərhələdən ibarətdir.Təbliğata qədərki, təbliğat dövrü və seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması.Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. Birincisi, ilk növbədə namizədlərdir. Yəni, diqqət mərkəzinə çıxan  namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə Kütləvi İnformasiya Vasitələri ilə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Seçki Məcəlləsinin  tələblərinə uyğun olaraq debatlar şəklində televiziyalarda da  çıxış etrməlidir. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq efir vaxtını hamının baxa biləcəyi 21-23 saatlarda müəyən edib. Hesab edirəm ki, bu kifayət qədər münasib vaxtdır.

Radio debatları 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək. Namizədlərin çıxışını əhaliyə yenə də Kütləvi İnformasiya Vasitələri çatdıracaq. Bununla yanaşı namizədlər bölgələrdə canlı görüşlər keçirəcəklər. Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə Kütləvi informasiya Vasitəsi çatdıracaq. Seçkilərdə Kütləvi informasiya Vasitələrinin rolu namizədlərin rolu qədərdir. Namizədlərin əhaliyə çatdırmaq istədikləri proqram, hədəfləri onlar çadırır.

İkinci məqam, seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu Seçki Məcəlləsinə uyğun tənzimlənir”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …