Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Namizədlər qayın və baldızları haqqında rəsmi məlumat verməlidirlər

Namizədlər qayın və baldızları haqqında rəsmi məlumat verməlidirlər

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na dəyişiklik edib.

Bu dəyişikliklərə əsasən, bundan sonra dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etməli olan vətəndaş qayınları və baldızları haqqında da məlumatları ərizə formasına daxil edəcək.

İndiyədək bu formada vətəndaş yalnız öz ailə vəziyyəti və yaxın qohumları olan ata, ana, qardaş, bacı, arvadı (əri), uşaqları, qayınata, qayınana haqqında məlumat verirdi.

Bu qaydaya edilən digər dəyişikliklə vətəndaş şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat verərkən fərdi identifikasiya nömrəsini (FİN) də qeyd edəcək.

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …