Ana səhifə / Aktual / Namizədlərə pulsuz efir vaxti verilməyə bilər

Namizədlərə pulsuz efir vaxti verilməyə bilər

Sabahdan etibarən fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası start götürəcək. 

Namizədlərə kampaniya zamanı pulsuz efir vaxtı və mətbuatda yer verilməyə bilər. Bu da səbəbsiz deyil. Seçki qanunvericiliyinə görə siyasi partiya və ya blokların 60-dan çox dairədə namizədi olduqda namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer verilir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla digər siyasi partiyalar və bloklar 60-dan çox dairədə namizəd irəli sürməyiblər, yaxud da onların qeydə alınmış namizədələrinin sayı 60-dan azdır. 

Yada salaq ki, 2015-ci ildə də namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer ayrılmamışdı. Həmin vaxt Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini  Natiq Məmmədov bunu belə izah etmişdi: 

“Pulsuz təşviqata imkanı qanun o halda tanıyır ki, xüsusi subyekt statusu əldə edilmiş olsun, yəni siyasi partiya və ya blok tərəfindən ölkədə mövcud olan seçki dairələrinin 60-dan çoxunda namizəd qeydə aldırmış olsun. Başqa sözlə, bir partiyanın, blokun 60-dan çox namizədi varsa, bu imkandan istifadə edə bilər. Bizim təcrübə göstərir ki, Yeni Azərbaycan Partiyasından başqa 60-dan çox namizəd qeydə aldırmaq, bu cür potensiala malik olan partiyalar yoxdur. Yeni Azərbaycan Partiyası da könüllü şəkildə bu pulsuz təşviqatdan imtina edib. Nəticə etibari ilə bu partiyadan başqa pulsuz efir vaxtı və mətbuatda dərc yerinin alınması hüququna malik subyekt yarana bilmir”.

Bu dəfə də oxşar halın təkrar olunacağı gözlənilir.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …