Ana səhifə / “Nadir toyda anormal hərəkətlər edirdi ” – Toy sahibi

“Nadir toyda anormal hərəkətlər edirdi ” – Toy sahibi

Xəbər verdiyimiz kimi, “5-də 5” verilişində müğənni Nadir Qafarzadə və toy sahibi arasında qalmaqal yaşanıb.

İfaçı bildirib ki, rayonlardan birində toya gedib və toyda iştirak saatını ev sahibi ilə 13:00-dan 19:00-dək razılaşıblar. Ancaq saat 19:00-da ev sahibi ondan daha iki saat məclisi yola verməyi xahiş edib. Lakin Nadir həm özünün, həm də musiqiçilərinin yorulduğunu söyləyib. Toy sahibi efirə bağlanaraq Nadirin yalan danışdığını deyib, sonra tərəflər arasında mübahisə olub, gərginlik artmağa başlayıb.

Qalmaqaldan sonra Vaqif Süleymanov “Qafqazinfo” ilə əlaqə saxlayıb, məsələyə bir daha aydınlıq gətirib.

Toy sahibi bildirib ki, müğənniyə məclisi idarə etmək üçün 14 min manat ödəyib:

“Toy sahibi mənəm. Reklamarası Zaurla danışdığım üçün canlı efirdə olduğumu bilmədim, əsəbi idim, bu səbəbdən fikrimi tam izah etmədim. Biz toydan bir ay qabaq danışdıq, toyda iştirak üçün 12 min manat istədi. Prodüseri Bəşirlə razılaşdıq. Dedi ki, Bakıdakı toylarda 10 min manata iştirak edirik, amma rayonlara qiymət dəyişir, 12 min manata qatılarıq. Bu söhbətdə prodüser Tolik də olub. Toy hazırlıqlarına başladım, gördüm ki, toy iki hissəli olmalıdır. Yəni, 19:00-a qədər toyu danışmağım düz olmayıb. Bəşirə zəng vurdum, dedim ki, toy 22:00-a kimi uzanacaq.

Düzdü, tərəddüd etdilər, amma məsələyə Tolik qarışdı. Daha sonra mənə zəng vurdular ki, 2 min manat da artırın. Mən də razılaşdım. Toydan əvvəl iki min beh, məclisdən sonra isə 12 min manat ödədim. Yəni, Nadir Qafarzadəyə 14 min AZN ödəmişəm. Bu formada danışıqdan sonra saat 19:00-da Nadir toyu saxladı. Zalda 700-800 olmağına baxmayaraq dedi ki, biz belə danışmışıq, gedirik. Toyda əsəbiləşdim, dedim işimi pozma, əlavə pul deyirsənsə, verim.

O da dedi ki, mənim pulum çoxdu, istəmirəm. Orada anormal hərəkətlər etməyə başladı. ”Ay öldüm, ay vəfat etdim” və s. dedi. Təklif etdim ki, sən oxuma, musiqiçilər davam etsin. Söylədi ki, musiqiçilər yorulub. Başa düşdüm, söylədim ki, ”fonoqrama” oxu, məclisi yola ver. Dedi yox! Mənim də çıxış yolum qalmadı, əmr formasında dedim ki, get sən işinlə məşğul ol, musiqiçilər işləsin. Sonda söylədim ki, 2 min behdən sonra 12 mini musiqiçilərə halal, Nadir sənə haram edirəm.

Sözümdən sonra başqa kanallarda belə söhbət etməyə başladı. İndi bütün bölgə məni qınayır. Dediklərimə Tolik də şahiddir, işin içində az-çox olub. Mənim bölgəmdə quzu otaran bir kənd uşağının səsi ondan yaxşıdır. Toyu olan oğlum dedi ki, Nurini çağıraq, alınmadı. Məcbur oğlum Nadiri dedi, qəlbini qırmadım və böyük səhv etdim. Mən məsələyə geniş aydınlıq gətirmək istədim”.

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın