Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Nadir Qafarzadə ölkədən gedir – Səbəb

Nadir Qafarzadə ölkədən gedir – Səbəb

Son zamanlar çox sıxıldım, yoruldum. Axır ki, buradan getmək qərarına gəldim.

Axar.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Starlife” verilişində deyib. O, insanların davranışlarına görə bezdiyini bildirib:

“Gecələr yata bilmirəm. Nə qədər dərman atıb yatmaq olar? Bu həyat tərzi məni bezdirir. Hamı bir-birini acılamaq istəyir, pulunu sayır. Çox kasıb günlərim olub, amma heç kimin malına göz dikməmişəm. İnstaqramda şərhlər yazırlar: kiməsə qarğış tökür, qeybət edirlər. Belə insanları görüb, qaçmaq istəyirəm. Qəpiyə güllə atan Nadir idim. Əziyyətlə bu günə gəlib çatdım. Deyirlər, şərhlərə fikir vermə, amma bacarmıram. Son zamanlar dəyişmişəm, daha hövsələli olmuşam. Bir çox şıltaqlıqlarımı aradan götürməliyəm. Axı mən atayam, tezliklə qayınata olacam”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın