Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Nadir canlı efirdə xaç çevirdi- Video

Nadir canlı efirdə xaç çevirdi- Video

ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasında münsif olaraq iştirak edən müğənni Nadir Qafarzadə aqressiv çıxışı və xristianlara məxsus “xaç çevirmə” hərəkəti ilə diqqətləri üzərinə çəkib.

 Azinforum.az ” a24.az-a istinadən xəbər verir ki, iştirakçılara gələn səsvermənin nəticələrindən sonra üzünü müğənni Nadir Qafarzadəyə tutan aparıcı Afaq Gəncəli onun fikirlərini öyrənmək istəyib:

“Mən bu sözü acı da olsa deyəcəm. Təəssüf edirəm ki, çox insanların gözü kor və kardır. Bizdə yaxşı həkimlər var, hərdən getmək lazımdır. Nəysə, Allah rəhmət eləsin!” deyərək, müğənni həmin anda əli ilə xaç çevirib.

Lakin maraqlıdır ki, müğənninin canlı efirdə cəmiyyətə ünvanladığı təhqiramiz sözlərlə fikirlərini ifadə etməsi studiyada oturan tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Daha sonra müğənni ikinci dəfə təhqirə yol verib:

“Əslində bu gün Arif getməli idi. Arif bu gün də getməsə, gələn həftə gedəcək. Axır gedəcək, inşallah. Əgər sms “tupoy”lardan gələcəksə, o, qalacaq”.

 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın