Çərşənbə , İyul 17 2019
Ana səhifə / Nadir boşanma xəbərindən danışdı: “Hər kəs bilsin ki…”

Nadir boşanma xəbərindən danışdı: “Hər kəs bilsin ki…”

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc xanımın onu tərk etdiyi bildirib.
 
Bu barədə özünün “İnstagram” səhifəsində məlumat verən müğənni həyat yoldaşını geri dönməyə səsləyib: “Bu gün məni tək qoyub, tərk etdin. Dönəcəyini çox gözləyəcəyəm. Sən bilirsən ki, sənsiz həyatım maraqsız və mənasızdır, sanki, bir cəhənnəmdir. Axı sənsiz neyləyərəm? Demirsən ki, ölərəm? Sən mənim bir dənəmsən. Göydə Allahı, yerdə səni sevirəm, mənim ilk və son məhəbbətim. Sevgi mələyim, məni tərk etmə, tez qayıt. Artıq yoxluğunu hiss edirəm, sanki boğuluram. Bəlkə də, sən dönüncəyə qədər yaşamaram. Səni gözləyirəm, çünki çox sevirəm. Mənə deyəndə ki, kimsə öz sevdiyindən ayrılıb və ya boşanıb, mənə çatmır. İnsan sevdiyindən necə ayrı qala bilər? Yazdıqlarım çoxlarına gülünc gələ bilər. Amma məni sevən insanlar anlayar. Mən səni elə-belə hamı kimi yox, dəlicəsinə sevirəm. Həyatımın bir tək qadınısan. Allaha çox şükürlər olsun. Demək, bu da olmalıymış. Həyatda yaşamağımın səbəbkarı, Sevincim. Hər şeyimi verərəm, həyatımı, varlığımı, təki mənim yanımda ol. Sən olmasan bu həyatı nə edərəm? Allah hamının canını sağ eləsin, amma sən başqasan. Hərdən xətrinə dəyəcək nə isə etmişəmsə, Allah xətrinə məni bağışla. Qorxuram ki, həsrətdən üzülüm, gözlərim ağlamaqdan kor olsun, səni görə bilməyim”.
N.Qafarzadə daha sonra sosial şəbəkədə yazdığını silsə də, onun açıqlaması boşanacağı ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Musavat.com məsələ ilə bağlı müğənni ilə əlaqə saxlayıb. N.Qafarzadə həyat yoldaşının onu atıb, getməsini təsdiq etməyib: “Hər kəs bilsin ki, Azərbaycanda yeganə ideal və əbədi ailəyik. Biz o biriləri kimi deyilik ki, bu gün evlənək, sabah boşanaq, sonra yenə barışaq. Mənim ailəm Azərbaycanda yeganə ideal ailədir. Biz ancaq qəbirdə boşanacağıq. Fikirlərimi səhv başa düşüblər. Bizim boşanacağımızı düşünən adamlar savadsızdır. Deməli, təhsili artırmaq, oxumaq lazımdır”.

Həmçinin oxuyun

Azərbaycanda inanılmaz hadisə – Evə gəlib qayınanasına təcavüz etdi

Quba rayonunun kəndlərindən birində zorlama hadisəsi baş verib.Publika.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün …

Bir cavab yazın