Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Nabranda kütləvi dava – Yaralılar var+Fotolar

Nabranda kütləvi dava – Yaralılar var+Fotolar

Xaçmazın məşhur Nabran kəndində kütləvi olub.

” Azinforum.az ” ans press-ə istinadən xəbər verir ki, Nabranda noyabrın 17-si gecə saatlarında elektrik enerjisinin verilişi üstündə həmkəndlilər arasında dava düşüb.

Sərxoş vəziyyətdə olan Elman Cəllad oğlu Musayev həmyerlilərinə bıçaqla xəsarətlər yetirib. O əvvəlcə enerjisi kəsilən Albert Məmmədəliyevi, daha sonra isə 27 yaşlı Famil İsayevi və 39 yaşlı Samur Səmodovu bıçaqlayıb.

Nəticədə Famil İsayev və Samur Səmədov müxtəlif dərəcəli ağır bıçaq xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının cərahiyyə şöbəsinə çatdırılıblar.

Xəstəxananın həkim-cərrahı Rəcəb Qurbanovun  verdiyi məlumata görə, onların qarın boşluğunda əməliyyat aparılıb və indi vəziyyətləri orta ağırdır. Albert Məmmədəliyev isə yüngül xəsarət aldığından ilkin tibbi yardımdan sonra evə buraxlıb.

Kütləvi davanı səhərə qədər araşdıran Xaçmaz PŞ-nin əməliyyatçıları üç həmkəndlisinə bıçaq xəsarəti yetirən Elman Musayevi tutaraq isti izlərlə istintaqa cəlb ediblər.

Xaçmaz PŞ-nin rəis müavini Valik Vəlimətov kütləvi davanın təfərruatlarının polis şöbəsində araşdırmaların davam etdirildiyini bildirdi.

Nabranda kütləvi dava -  Yaralılar var+Fotolar
Nabranda kütləvi dava -  Yaralılar var+Fotolar
Nabranda kütləvi dava -  Yaralılar var+Fotolar

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın