Şənbə , Avqust 13 2022
Ana səhifə / Aktual / Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Nabranda istirahət mərkəzində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Xaçmazda istirahət mərkəzində 10 nəfər zəhərlənib. TƏBİB-dən bildirilib ki, Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar. 11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir. Qeyd edək ki, yerli mediada zəhərlənmənin Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yeməkdən sonra baş verdiyi yazılıb.

Həmçinin oxuyun

Orxan Mürsəlovun kuratoru olduğu rayonlarda DTX-nin həbs etdiyi məmurlar – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Mürsəlov Gədəbəy rayonunun icra …