Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?” – Deputat

“Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?” – Deputat

“İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”

Bunu Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.

O, rus dilinə qarşı olmadığını qeyd edib: “Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …