Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “NƏSLİMLƏ QƏLƏT EDƏRƏM ORA SƏFƏRƏ GEDƏRƏM!” – “Bunlar cəfəngiyyatdır, hisslərimizlə oynamasınlar”

“NƏSLİMLƏ QƏLƏT EDƏRƏM ORA SƏFƏRƏ GEDƏRƏM!” – “Bunlar cəfəngiyyatdır, hisslərimizlə oynamasınlar”

Ötən günlərdə erməni jurnalistlərin Bakıya, azərbaycanlı media işçilərinin isə Ermənistana səfəri baş tutub. Jurnalistlərin ardınca deputatların da qarşılıqlı səfəri gözlənilir. Artıq bu istiqamətdə müzakirələr də start verilib.


Azərbaycan deputatları səfər barədə nə düşünür?

Modern.az-ın Milli Məclis üzvlərinə ünvanladığı sualı təqdim edir.Elman Məmmədov belə səfərdə heç bir halda iştirak etməyəcəyini bildirib:“Kim hara gedir, hardan gəlir bilmirəm, amma mən o səfərdə iştirak etmərəm. Elman Məmmədov düşmən qarşısına məğlub sifətində getmək istəmir. Nə vaxt mənim xalqım, Ordum Qarabağı işğaldan azad edər, mən Qarabağa qalib kimi gedərəm. Hərənin bir mövqeyi var, mən hesab edirəm ki, erməni jurnalistlərin Bakıya səfəri onlar üçün toy-bayramdır. Çünki torpaqlarımızı işğal ediblər, soyqırımı törədiblər, hər istədiklərinə nail olublar, bu gün də bura gəlib, istədiklərini görüb, yeyib-içib gördüklərini aşağı-yuxarı, səhv-düz yazıb gedirlər”.

Elman Məmmədov bildirib ki, bu səfəri olduqca birmənalı qarşılayır:“Bu gün biz Ermənistana niyə gedirik, başa düşə bilmirəm… Bu sualın cavabı çox mürəkkəbdir. Müharibə vəziyyətindəyik, müvəqqəti də olsa biz hələ ki məğlub sifətindəyik və mən məğlub simada ora getməyi, düşmənlə ünsiyyət qurmağı qəbul edə bilmirəm.

İkinci tərəfdən, məsələnin həlli ən yüksək səviyyədə – dövlət rəhbərləri səviyyəsində danışıqlarda gedir. Hansısa jurnalist, deputat və ya ictimaiyyət nümayəndəsinin gördüyü iş, apardığı danışıq ölkə rəhbərliyindən yüksəkdə duracaq? Təbii ki, xeyr. Ona görə də mən belə şeyləri qəbul edə bilmirəm. Bunlar cəfəngiyyatdır”.Tahir Kərimli bildirib ki, ATƏT-in missiyası çərçivəsində həyata keçirilən bu cür qarşılıqlı səfərləri başa düşmək olmur:“Bu nə dərəcədə dəyərlidir, işin xeyirinədir, bilmirəm. Əlbəttə ki, dekarasiya olunursa ki, məsələ sülh yolu ilə həll olunacaq, bu səfərdən razı olaram. Amma erməni jurnalistləri gəldi və gedib bəyan etdi ki, Azərbaycan tərəfinin durumu Dağlıq Qarabağı müstqil dövlət kimi tanımağa kömək edəcək. Onda bu səfərin bizə nə xeyri var? Onların Bakıya gələndən sonra fikir dəyişikliyi olmursa, bu səfərlərin nə mənası var? Jurnalist bir qədər azaddır, dövlət rəsmiyyətli deyil, amma deputatlar rəsmi şəxslərdir. Mən şəxsən buna qəribə baxıram”.

Tahir Kərimli qeyd edib ki, bu səfərin bizim üçün xeyrini əsaslandırmaq lazımdır:Mən ölərəm, ora getmərəm. Əvvəla ermənilər vətənimin işğalçısıdır, ikincisi isə mənim nəslimdən çoxu şəhid düşüb. Qarabağı gedib görəsi olsaq belə, hər hansı formada əyilməyin tərəfdarı deyiləm. Düşmən düşməndir. 

Düşmən əgər özü sülh elan etmirsə, biz əyilməli deyilik. Əgər sülh yolu lazımdırsa, eybi yox, qoy sülh imzalansın, sonra belə səfərlər təşkil edilsin. Biz bununla xalqımızı ruhdan salmış olarıq, elə bilərlər ki, biz onlarla barışırıq”.Aqil Abbas da ermənilərlə qarşılqlı səfərin tərəfdarı deyil: Demişəm və yenə deyirəm ki, bu cür səfərlər mənasızdır, lazımsızdır. Bunun bizə heç bir xeyri yoxdur.

Əksinə, bizimlə məzələnməkdir. Adama sual verərlər ki, ora niyə getmişdiniz və ermənilər burada nə sülənirdilər? Axı gedib nə iş gördünüz?

Jurnalistlər gəlib-getdilər, indi də deyirlər ki, deputatların qarşılıqlı səfərləri təşkil olunacaq. Azərbaycanın torpaqları işğal altındadırsa, ora getməzlər. 

Hələ deyirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları görüşsünlər. Barışdırsınlar da... Göyçə, Zəngəzur unuduldu, sabah da bacı-qardaş kimi olacağıq, gələcək nəsillərin də yadından bu hadisələr çıxacaq. Bu cür hisslərimizlə oynamasınlar.
Yəni “xalq diplomatiyası” deyilən şeyin münaqişənin həllinə heç bir təsiri yoxdur ki, ziyanı var. Bundan əvvəl də Qarabağa gediblər, görüşüblər, nə əhəmiyyəti olub?

“Xalq diplomatiyası” müharibədən, torpaqlarımızı azad edəndən sonra faydalı ola bilər. Jurnalistlər, ziyalılar, yazıçılar görüşərlər, xalqlar arasında barışığa çağırış edərlər.

Bizim torpaqlarımız işğaldadır, doğmalarımızın qəbirləri düşmən əsarətindədir, qarşılıqlı səfərlərin xeyrindən danışırlar.
Mən nəslimlə, əcdadımla qələt edərəm ora səfər edərəm. Heç vaxt getmərəm! Ona görə də utansınlar, ayıbdır…Mən Ağdama, Qarabağa qalib getmək istəyirəm”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …