Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Nəsimidə Müəllimlər günü qeyd edilib
????????????????????????????????????

Nəsimidə Müəllimlər günü qeyd edilib

Nəsimi rayon İcra Hakimiyyətində  Beynəlxalq Müəllimlər günü münasibəti ilə bayram tədbiri  keçirilib.

“ Azinforum.az ” xəbər verir ki, tədbiri giriş sözü ilə  açan  İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb.

Asif   Əsgərov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb.

“Müəllim – geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən”  insandır.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi kollecinin direktoru Nazim Kazımov, Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev və digərləri çıxış edərək   təhsilə,   təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya  öz dərin minnətdarlıqlarını və ehtiramlarını  bildiriblər.

Tədbirin sonunda  iştirak edən  təhsil işçilərinə İcra Hakimiyyəti tərəfindən hədiyyələr  təqdim olunub.

 





Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …