Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Nəsimi rayonunda “Fitzona” idman meydançası açıldı
????????????????????????????????????

Nəsimi rayonunda “Fitzona” idman meydançası açıldı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük Terminalında korporativ sosial məsuliyyət proqramı çərçivəsində “IVY GROUP” şirkəti ilə birgə təşkil etdiyi “Fitzona” idman meydançasının açılış mərasimi keçirilib.

Nəsimi rayon İH-dən Azinforum.az-a daxil olan xəbərə görə, fitzona idman meydançası sağlam həyat tərzi, idman və həmrəyliyə yönəlmiş layihədir. Bütün dünyada uğur qazanmış və açıq hava şəraitində məşqləri nəzərdə tutan bu layihə Cənubi Qafqazda ilk dəfə Azərbaycanda reallaşdırılıb. Qeyri-kommersiya və sosial xarakter daşıyan layihənin əsas məqsədi gəncləri sağlam həyat tərzi, ictimai fəallıq, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsidir.

Tədbirdə “IVY GROUP” şirkətinin təsisçisi Tamerlan Vahabov çıxış edib.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov isə aparıcı limanları hər zaman ən son texnoloji yeniliklər, inkişaf və müasir menecment alətlərinin geniş tətbiq olunduğu məkan kimi xarakterizə edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yeniyetmə və gənclərin sağlam həyat tərzi üçün, zərərli vərdişlərdən uzaq olmaları üçün yeni yaradılan fitzonanın əhəmiyyətli olduğunu bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …