Ana səhifə / Aktual / Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib – FOTO

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib – FOTO

Azinforum.Az: – Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə şəhid ailələrinin, əlillərin və sosial qayğıya ehtiyacı olan bir qrup rayon sakinlərinin iştiraki ilə görüş keçirilib.

Azinforum.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar bayramlar münasibətilə görüş iştrakçılarını təbrik edərək Həmrəylik Gününün qeyd olunmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, əlamətdar günün tarixi əhəmiyyətindən və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində bu günün xüsusi rolundan danışıb. Qeyd edib ki, 1991-ci ilin 16 dekabırında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin siyası fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir.

Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olunmuş, müstəqil respublikamızın beynəlxalq nüfuzu getdikcə artmış, demokratik təsisatlar möhkəmləndirilmişdir.

Qeyd olunmuşdur ki, son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmiş, əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmiş, ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi islahatlar aparılmış, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüş, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur.

Çıxışının sonunda İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın sosial qayğıya ehtiyacı olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Nəsimi rayonunda həyata keçirilən işlərdən danışıb.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, qaldırdıqları problemlərin həlli ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, rayonda 2018-ci il ərzində 39 səyyar qəbul keçirilmiş, 3200-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 249 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin müəyyən qismi həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, gənclərin və yeniyetmələrin asudə vaxtlarının təşkili, aztəminatlılara yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur.

Tədbirdə iştirak edənlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını birdirdilər.

Tədbirin sonunda 1000-dən artıq ailəyə müxtəlif çeşidli ərzaqlardan ibarət bayram sovqatları verilmişdir.

Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib
Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib
Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib
Nəsimi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibətilə görüş keçirilib

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …