Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib – FOTO

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib – FOTO

AZİNFORUM.AZ: – Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.

AZİNFORUM.AZ xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə rayon ərazisində yerləşən “KOALA” istirahət və əyləncə mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər. Tədbirdə “Günay” uşaq teatrının kollektivi uşaqlar qarşısında rəqslər edərək onlarla birlikdə əylənmişlər.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …