Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Nəsimi Paşayev mahnı oxumasından danışdı: “Bu təklifi geri çevirə bilməzdim” – FOTOLAR

Nəsimi Paşayev mahnı oxumasından danışdı: “Bu təklifi geri çevirə bilməzdim” – FOTOLAR

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri: “Mahnı oxumaq gözəl hissdir”

“Ilk dəfə test imtahanı ilə Türkiyə Universitetlərinə oxumağa gedən tələbələrin 25 illik yubiley tədbiri olacaq. “Böyük Tələbə Layihəsi-25” adlı tədbir üçün bir neçə tələbə yoldaşımızla mahnı ifa etmişik. Tədbirin 18 noyabrda keçirilməsi planlaşdırılıb”.

Bu sözləri musavat.com-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev səsyazma studiyasından paylaşdığı fotolara şərh verərkən bildirib.

O, önəmli tədbirdən gələn tədbiri geri çevirmək istəmədiyini deyib: “Mahnı oxumaq gözəl hissdir. Onsuz da hər zaman mahnı oxuyuram, amma peşəkar deyiləm. Sadəcə bir tədbir üçün təşkilatçılar tərəfindən gələn təklif idi. Mən də sevə-sevə qəbul etdim. Çox gözəl bir tədbir üçün edilən təklifi geri çevirə bilməzdim. Bir Azərbaycan, bir də türk mahnısı ifa etmişik. Bir neçə şəxs oxuduğu üçün səsimi yəqin ki, aid etmək olmayacaq”.

Qeyd edək ki, N. Paşayev ötən gün səs yazma studiyasından fotolar paylaşmışdı.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …