Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Nəsimi məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınıb – “Ölkəmizi tanıyaq” devizi ilə + FOTOLAR

Nəsimi məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına yola salınıb – “Ölkəmizi tanıyaq” devizi ilə + FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına əsasən, 13-16 noyabr 2019-cu il tarixlərdə  «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti   maarifləndirici tur-aksiyası təşkil olunub.
Azinforum.az 
xəbər verir ki, bu tur aksiyada Nəsimi rayon məktəblilərinin  Gəncə-Şəmkir – Göygöl rayonlarına səfərləri  ilə əlaqədar  13 noyabrda yola salınma mərasimi keçirilib.
Yola düşməzdən əvvəl Nəsimi rayon məktəbliləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çiçəklər  düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildiriblər. Yola salma mərasimində çıxış edənlər məktəblilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra məktəblilər xatirə şəkilləri çəkdirilib və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …