Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Nərimanov rayonunun İcra başçısı şəhidlərə fərq qoydu…

Nərimanov rayonunun İcra başçısı şəhidlərə fərq qoydu…

Tanınımış jurnalist Elmar Hüseynov özünün sosial şəbəkə hesabında aşağıdakı məzmunda paylaşım edib:

“Nərimanov rayonunun icra başçısı Elgin Həbibullayev bu gün Suraxanı rayonundakı Dədə Qorqud məzarlığında dəfn olunan şəhidləri ziyarət edib. Amma icra başçısı nədənsə burdakı şəhidlərə fərq qoyub. O, yalnız məzarlıqda uyuyan Nərimanov rayonundan olan 3 şəhidimizin məzarını ziyarət edərək, bu məzarlara gül qoyub. Bunu görən məzarlıqdakı digər şəhid anaları icra başçısına şəhidlərə fərq qoyduğuna görə etiraz ediblər. Şəhid anaları bildirib ki, Suraxanı və Xətai rayonlarının icra başçıları məzarlıqdakı şəhidlərə heç bir fərq qoymur, hər dəfə məzarlığa gələn zaman burada uyuyan 21 şəhidin hər birinin məzarını ziyarət edir, gül dəstələri qoyurlar. İcra başçısı səhvini anlayaraq analardan üzr istəyib. Lakin Elgin Həbibullayevlə məzarlığa gələn ətrafındakılar şəhid analarını təhqir ediblər. Deyiblər ki, burdakı şəhid anaları həmişə şou yaradır, heç nədən ortalığa problemlər çıxarırlar.
Şəhid anaları icra başçısının ətrafındakıların onlara qarşı etdikləri tərbiyəsizliyə görə üzr istəmədikləri halda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət edəcəklərini bildiriblər”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …