Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Nəriman Nərimanovun büstü baxımsız vəziyyətdədir – Video

Nəriman Nərimanovun büstü baxımsız vəziyyətdədir – Video

Xudat şəhərində Nəriman Nərimanovun büstü və ətrafı baxımsız vəziyyətə düşüb.

Büst şam ağacları əkilən ərazidə yerləşir. Ağaclığın içi məişət tullantıları ilə çirklənib, büst isə tanınmaz hala düşüb. Büstün üzərindəki məlumat lövhəsi yoxdur. 

Xaçmaz Rayon İcra Hakimiyyətinin Xudat şəhəri üzrə nümayəndəsi Akif Mərdanov “Report”a bildirib ki, həmin ərazi özəl mülkiyyətdədir: “Sovet dövründə orada Konserv Zavodu olub. Hazırda isə Sadıq adlı sahibkara məxsusdur. Şəxsi mülkiyyət olduğundan, oranın təmizlik işlərinə baxa bilmirik. Həmçinin, büstün götürülüb-götürülməyəcəyi barədə hələlik bir söz deyə bilmirəm. Üzərində nalayiq sözlər yazıldığından, büstün üstünü əhənglə ağartmışıq”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …