Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / NƏRGİZ YAQUBLU SON STATUSUNDA NƏ YAZIB?

NƏRGİZ YAQUBLU SON STATUSUNDA NƏ YAZIB?

Məlum olduğu kimi, bu gün Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu xəstəlik səbəbindən Rusiyada dünyasını dəyişib.  Qeyd edək ki, bu hadisə hazırda medianın yaxından  izlədiyi  bir nömrəli mövzu sırasındadır. Bu dərəcədə ictimai diqqətin yaranması   haqq dünyasına qovuşan Nərgizin  yalnız Tofiq Yaqublunun qızı olması ilə bağlı deyil.  Bəllidir ki, onun özü də cəmiyyətdə çox fəal gənclərdən olub, hətta bir müddət  jurnalistika sahəsində çalışıb. Nərgiz Yaqublu sosial şəbəkələrdə də fəallığı ilə seçilirdi. Azinforum.az saytı olaraq onun səhifəsinə nəzər saldıq. Məlum oldu ki, o, son statusunu 7 apreldə yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:

“Bu gün qəlbimizdə, 100 illik partiyamızda xüsusi yeri olan Müsavat Partiyası başqanının müavini, Divan üzvü Sexavet Soltanlının doğum günüdür. Bu gün münasibətilə nə qədər xoş sözlər yazsaq, az ola bilər. Bəy, sizə həm həyatınızda, həm də demokratik Azərbaycanın gələcəyi uğrunda apardığınız şərəfli mübarizədə uğurlar diləyirəm. Əminəm ki, siz yaxın gələcəkdə demokratik Azərbaycanın tanınmış siyasi simasına çevriləcəksiniz. Eşq olsun!”

status

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın