Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “Nəvələrimə deyirlər ki, babanız qatildir” – Telman İsmayılov

“Nəvələrimə deyirlər ki, babanız qatildir” – Telman İsmayılov

Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Azinforum.az APA-ya istinadən xəbər verir ki, bu barədə T.İsmayılov “Rusiya 24” telekanalına müsahibəsində bildirib. “Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”, deyə T.İsmayılov vurğulayıb.

Noyabrın 11-də Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb. T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. T.İsmayılov həmçinin qanunsuz silah dövriyyəsində təqsirləndirilir.  Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …