Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Nəsimi rayonunun nümayəndə heyəti Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı parkı və abidəsinin açılış mərasimində iştirak edib

Nəsimi rayonunun nümayəndə heyəti Sakarya Karasu bölgəsində “Qarabağ” küçəsinin, Xocalı parkı və abidəsinin açılış mərasimində iştirak edib

Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində silsilə tədbirlər keçirilmiş, Nəsimi rayon İH-nin nümayəndə heyəti  həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermiş, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylamışlar.

Nüməyəndə  heyəti tədbirlər çərçivəsində fevral ayının 27-də  Sakarya  Karasu   bölgəsində “Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmişlər.

Tədbirdə  çıxış  edən Nəsimi  Rayon  İcra  Hakimiyyəti  Başçısının  birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, 1992-ci il fevralın  25-dən 26-na keçən gecə erməni silahlı dəstələri  Xankəndində yerləşdirilmiş keçmiş SSR-nin 366-cı moto-atıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdir. Bir gecə içərisində qədim Xocalı yerlə yeksan edilmişdir,cinəyatkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalmış, 150 nəfərin taleyi hələ də məlum deyildir. Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, 8 ailə bütünlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Təəssüf ki, dünya birliyi hələ də susur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” Beynəlxalq Kompaniyasına başlanılmışdır. “ Xocalıya ədalət” Bynəlxalq kompaniyası Xocalı soyqırımı  haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı Soyqırım akti kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Tədbirdə iştirak edən digər rəsmilər  də çıxış edərək dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsini  vacibliyini qeyd etdilər.

Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olmuş, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparmışlar.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …