Bazar , Oktyabr 2 2022
Ana səhifə / Aktual / Nəsimi rayonundayeni və köhnə tədris illəri müzakirə olundu
????????????????????????????????????

Nəsimi rayonundayeni və köhnə tədris illəri müzakirə olundu

Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal 
təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki  bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayonda 8 ali, 26  tam orta, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil  müəssisəsi fəaliyyət göstərir.
Azinforum.az xəbər verir ki, 2021/2022-ci tədris ilində rayonun orta məktəblərini 1970 nəfər 
şagird bitirmiş, onlardan 1494 nəfəri tələbə adını qazanmışdır. Qəbul  imtahanlarında abituriyentlərdən 52 nəfəri 600-dən, 16 nəfəri isə 650-dən  çox bal toplamışdır. Məzunlardan 400 nəfəri xarici ölkələrin müxtəlif ali 
məktəblərinə qəbul olunmuşlar. 2021/2022-ci təhsil ilinin yekunlarına görə 
Nəsimi rayonu üzrə 6 məzun qızıl medala layiq görülmüşdür. Nəsimi rayon İcra Hakmiyyətində keçirilən rayon İcra Hakimiyyəti Başçısı 
yanında Şuranın geniş tərkibli iclasında rayonda 2021/2022-ci tədris ilinin  yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. 
Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra hazırlanmış  video-çarx nümayiş olunub. 
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərov 
ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə  adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik  edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci  illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin 
millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və 
qayğı göstərmişdir.
Asif Əsgərov daha sonra bildirdi ki, Ümummilli Liderin siyasətini uğurla  davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son 
illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri 
böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl 
texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər 
guşəsində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris 
avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, 
zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. 
Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini 
bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr 
göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən 
quruculuq tədbirlərində yaxından iştirak edirlər. Asif Əsgərov bildirdi ki,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur.
Tədbirdə 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova çıxış edərək bildirdi ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb,məktəblilər milli ruhda tərbiyə olunur. 
Natiq təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın 
Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən 111 saylı tam orta məktəbin məzunu 695 bal toplamış Fuad Qurbanov göstərilən diqqət və qayğıya görə məzunlar adından öz 
minnətdarlığını bildirdi.
Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Sərbəst güləş üzrə Respublika və Avropa çempionu (1-ci yer), Dünya mükafatçısı Elman 
Ağayevə və qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan 
sosial qayğıya ehiyacı olan ailələrdən  olan 500 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …