Çərşənbə , İyun 26 2019
Ana səhifə / Aktual / Nəsimi rayonunda yeni ünvanda Novruz yarmarkası yaradılıb

Nəsimi rayonunda yeni ünvanda Novruz yarmarkası yaradılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə paytaxtda 14 ünvanda və ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Novruz bayramı ərəfəsində paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları yaradılmışdir.
Artıq bu gündən etibarən paytaxtın Nəsimi rayonunda yaradılan satış yarmarkası Seyid Cəfər Pişəvari küçəsi 2A, (“Agro Mall”, 3-cü mikrorayon dairəsinin yaxınlığı) ünvanında fəaliyyət göstərəcəkdir.
Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Burada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaqdır.Sakinlərimizi yeni ünvandakı satış yarmarkasına dəvət edirik.

Gülşən RAUFQIZI

Həmçinin oxuyun

Fuad Abbasov Bakıya gəldi – İlk açıqlama+Video

Rusiyadan deportasiya edilən Fuad Abbasov az öncə Bakıya enib. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev …