Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Aktual / Nəsimi rayonunda Vətən müharibəsi əlilləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib

Nəsimi rayonunda Vətən müharibəsi əlilləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib

Azərbaycanda şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin 
tərkib hissəsidir. Dövlət şəhid ailələri və qaziləri hər cür şəraiti olan mənzillərlə təmin edir. Tibbi göstəriş və ehtiyacı olanlar minik 
avtomobilləri də təmin olunur. Onlara güzəştli şərtlərlə torpaq, kreditlər 
verilir, işə qəbulda kvotalar ayrılıb. Övladlarının təhsilinin də hamısı dövlət hesabınadır. Pensiya və müavinətləri respublika üzrə orta pensiya 
və müavinətdən yüksək müəyyənləşdirilib. Bundan əlavə, onlar üçün Prezident təqaüdü müəyyən olunub. Bu, Azərbaycanda istər Birinci, 
istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə 
dövlətin xüsusi diqqətinin nəticəsidir. Cəmiyyətdə də o insanlara həmişə böyük ehtiram və diqqət göstərilir.
Vətən müharibəsi əlillərinin və veteranların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin 
təşkilatçılğı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən 
müharibəsi əlliləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib.
Azinforum.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 
rayon Gənclər İdman İdarəsinin əməkdaşları, Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi 
əlilləri, veteranları və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə yarış iştirakçıları Nəsimi rayon şəhidlərinin xatirə kompleksinin önünə gül dəstələri qoymuş və ehtiramlarını bildiriblər.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Vətən müharibəsində əlil olanlara, veteranlara, xüsusən də 
şəhid ailələrinə dövlət dəstəyinin daim göstərildiyini vurğulamış, rayon 
rəhbərliyi tərəfindən rayonda yaşayan əlillər, veteranlar və şəhid ailələri ilə sıx əlaqədə olduğunu, onların gündəlik problemlərinin həlli 
istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Keçirilən yarışlarda Şahmat üzrə Alik Yusifov I yer, Kamal Quluzadə II yer, Nurlan Nəzərov III yeri qazanmış, Dama üzrə Əkbər İsmayılov I yer, Kənan Kərimli II yer, Elvin Qasımov III yeri qazanmış, 
Nərd üzrə Rauf Nəzərov I yer, Elnur Cənnətov II yer, Kənan İbrahimov III yeri qazanmışlar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim 
olunub. İştirak edən digər əllilər isə diplomlarla təltif olunublar.
Yarışın sonunda çay süfrəsi arxasına əlilləri narahat edən məsələlərə aydınlıq gətirilib. 

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …