Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Aktual / Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verildi

Nəsimi rayonunda növbəti abad həyət sakinlərin istifadəsinə verildi

Bakı şəhərində  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

Hazırlanmış layihəyə uyğun olaraq  5 girişli, 9 mərtəbəli Alı Mustafayev küçəsi 10 və 12 saylı ümumi yaşayış binalarının fasadlarında başlanılmış bərpa və təmir işləri başa çatdırılmış, binaların dam örtükləri əsaslı təmir olunmuş, 10 saylı binada 3 ədəd lift dəyişdirilmişdir.

Görülmüş işlər çərçivəsində həyətin asfalt örtüyü yenilənmiş, yeni bardürlər quraşdırılmış, yaşıllıqların suvarılması üçün su xətləri çəkilmiş, yeni yaşıllıq zolağı salınaraq qazon vurulmuş, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanmış, həmişəyaşıl ağaclar və kollar əkilmişdir.

 Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətlərinə 2 ədəd söhbətgah və 6 ədəd oturacaq qoyulmuş, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılmışdır.

Həyətdə bağlı basketbol meydançası quraşdırılmış və işıqlandırma sistemi yenidən qurulmuşdur.

Rayon erazisinde aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …