Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Aktual / Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb

Nəsimi rayonu Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında abadlıq işlərinə başlanılıb

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Azinforum.az xəbər verir ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Vaqif prospekti boyunca yerləşən parklarda və yaşıllıq zolaqlarında təmir-bərpa işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq təmir-bərpa işləri aparılan ərazilərə tamet və qazon vurulacaq, yeni oturacaqlar qoyulacaq, parkda uşaq oyun elementləri, idman fitnes alətləri və müxtəlif idman qurğuları quraşdırılacaq.

Həmçinin oxuyun

“Gələn il Şuşa türk dünyasının mədəniyyət paytaxtı olacaq” – Ərdoğan

Qarabağ dünyanın ən gözəl yeri olmaqla yanaşı, mədəniyyət yerlərindən biri idi. İnşallah, yenə həmin hala …