Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” silsilə tədbirləri

Nəsimi rayon məktəblərində “Narkomaniyaya YOX deyirik” silsilə tədbirləri

 

Dekabrın 21-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsi ilə birgə “Narkomaniyaya yox deyək” mövzusunda 8 sayli məktəbdə geniş maarifləndirici tədbir keçirildi.
Bu tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovniki, leytenant Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, psixoloq Ülkər Hüseynova,Qarabağ qazisi Azər Quliyev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənov və məktəbin direktoru Aytən Baxşıyeva şagirdlər və müəllimlər iştirak etdilər.
Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.
Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Məktəbin foyesində, dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …