Ana səhifə / Aktual / Nəsimi rayon İcra Hakimiyyətinin başçısı koronavirusa qarşı vaksin vurdurub – FOTO

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı koronavirusa qarşı vaksin vurdurub – FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında “COVİD-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Nəsimi rayonunda “COVİD-19” infeksiyasına qarşı mübarizə məqsədi ilə sakinlərin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir. Rayon sakinlərinə əlavə vaxt itkisi sərf etmədən özlərinə münasib tarixdə və saatda ən yaxın tibb məntəqəsində peyvənd olunmaları üçün müvafiq şərait yaradılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin peyvənd olunması üçün rayon üzrə təyin olunmuş tibb müəssisələrində olaraq vaksinasiya prosesinin gedişi ilə maraqlanıb. Peyvənd olunan vətəndaşlara həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacibliyi və bu sahədə dövlətimizin gördüyü işlərlə bağlı ətraflı məlumat verilib.

Sonra isə İcra başçısı “COVİD-19” pandemiyası əleyhinə peyvənd olunub.

Nəsimi rayonunda sakinlərin “COVİD-19” infeksiyasına qarşı peyvənd olunması kampaniyası uğurla davam etdirilir.

Həmçinin oxuyun

Rusiya 100 mindən çox azərbaycanlı miqrantı ölkədən çıxarır

Rusiya qeyri-qanuni miqrantlardan ölkəni tərk etmələrini tələb edir. Rusiya daxili işlər nazirini müavini Aleksandr Qorovoy …